Xəbər lenti

XİN nazirlərin görüşü barədə məlumat yaydı
Siyasət18:25 09.12.2020

XİN nazirlərin görüşü barədə məlumat yaydı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Dekabrın 9-da İran İslam Respublikasına rəsmi səfəri çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.
Xarici İşlər Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, görüş zamanı nazirlər bölgədəki cari vəziyyəti, xüsusilə də 10 noyabr tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra mövcud vəziyyəti müzakirə ediblər.
Nazir Ceyhun Bayramov qarşı tərəfə Azərbaycan torpaqlarının işğaldan azad olunması ilə nəticələnən 44 günlük Vətən Müharibəsi ilə bağlı ətraflı məlumat verib.
İran xarici işlər naziri Məhəmməd Cavad Zərif işğal olunmuş ərazilərin azad olunmasını alqışlayıb.
Tərəflər, mehriban qonşuluq çərçivəsində ikitərəfli əməkdaşlıq əlaqələrinin inkişafı, eləcə də qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi apardılar.