Xəbər lenti

XİN Rene Rukeni “qara siyahı”dan çıxara bilər – Rəsmi
Siyasət19:51 23.05.2014

XİN Rene Rukeni “qara siyahı”dan çıxara bilər – Rəsmi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Rene Ruke peşmançılıq hissi keçirərək, adının “qara siyahı”dan çıxarılamasını xahiş edərsə, Azərbaycan bu məsələyə baxa bilər”.

Bunu Aktual.az-a Xarici İşlər Nazirliyi mətbuat xidmətinin rəhbəri Elman Abdullayev AŞPA-nın vitse-prezidenti Rene Ruke ətrafında yaranan qalmaqalı şərh edərkən deyib.

Onun sözlərinə görə, kimliyindən asılı olmayaraq, Azərbaycan dövlətinin “Dövlət Sərhəddi Haqqında” qanununu pozan, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmətsizlik edən şəxslər Azərbaycanın “arzuolunmaz şəxslər”i siyahısına salınır:

“Bu məsələdə bizim mövqeyimiz prinsipial və qətiyyətlidir. Təəssüflər olsun ki, beynəlxalq təşkilatlarda yüksək vəzifədə olan şəxslər qanunun keşiyində durmaq əvəzinə, bu cür səfərləri edib, qondarma rejimin nümayəndələri ilə görüşərək, beynəlxalq hüquqa hörmətsizlik nümayiş etdirirlər”.

XİN sözcüsü, Rene Rukeyə viza verilmədiyinə görə, AŞPA Bürosunun, iki il ərzində Bakıda AŞPA komitələrinin iclaslarının keçirilməməsi barədə qərarını siyasi təzyiq vasitəsi kimi qiymətləndirib:

“Bilirsiniz, Azərbaycan, daimi olaraq, təşkilatlarla, ölkələrlə bərabərhüququlu əməkdaşlıq qurub. Azərbaycana hansısa vasitələrlə təzyiq etmək mümkün deyil. Bu, bizim birmənalı mövqeyimizdir”. 

Qaynar.info