Xəbər lenti

XİN: "Səfirliyimizə qarşı terror aktında yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb"
Siyasət05:04 30.01.2023

XİN: "Səfirliyimizə qarşı terror aktında yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb"

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının təxliyəsi başa çatıb.
Qaynarinfo xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb.
"29 yanvar 2023-cü il tarixində Azərbaycanın İrandakı səfirliyinin əməkdaşlarının, onların ailə üzvlərinin, səfirliyimizə qarşı törədilmiş terror aktı nəticəsində yaralanmış həmkarlarımızın təxliyəsi başa çatıb. Allah şəhidimiz Orxan Əsgərova rəhmət eləsin!", - XİN-in tviterdəki paylaşımında bildirilir.
Xatırladaq ki, yanvarın 27-də Bakı vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə terror hücumu olub. "Kalaşnikov” markalı avtomatla silahlanan şəxs mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib.
Terrorçu səfirliyin əməkdaşları tərəfindən saxlanılıb.