Bakıda xiyarın qiyməti kəskin artıb.
Bu barədə Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Eyyub Kərimli deyib.
"Xiyarın qiyməti hazırda 5-6 manat arasındadır. Bəzi işbazlar ayin əvvəli xiyarı alıb, soyucudu anbarlara yığıblar. Bayram ərəfəsində yüksək tələbatı nəzərə alıb, məhsulu bazara çıxararaq istədikləri qiymətə satırlar", deyə ekspert bildirib.
Eyyub Kərimli qeyd edib ki, bu günlərdə ölkəyə İrandan xiyar idxal edilir:
"Lakin 2 qat bahasına satırlar. Bu bahalaşmanın səbəblərindən biri də bazarda inhisarçılardır. Analoji hal həmçinin Novruz bayram günlərində də yaşanır".
Bahar Rüstəmli
Şərhlər