Siyasət 19:26 26.02.2023

Xocalı soyqırımından 31 il ötür: 3-cü Ümumavropa mitinqi keçirildi (YENİLƏNİB)

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə Avstriyanın paytaxtı Vyana şəhərindəki məşhur Heldenplatz meydanında Xocalı soyqırımının 31-ci ildönümü ilə bağlı 3-cü Ümumavropa Qarabağ mitinqi keçirilib.

Qaynarinfo xəbər verir ki, aksiyada 31 ölkənin 74 şəhərindən gələn 1000 nəfərdən çox soydaşımız, icma üzvləri, diaspor təşkilatlarının təmsilçiləri və ölkəmizə dost münasibəti bəsləyən xalqların nümayəndələri ediblər.
 
17.50
 
Xocalı soyqırımından 31 il ötür.

Qaynarinfo xəbər verir ki, hazırda Avstriyanın paytaxtı Vyanada 3-cü Ümumavropa Xocalı mitinqi keçirilir. 

Fransanın Paris, Strasburq, Lion, İsveç, Finlandiya, İsveçrə, Macarıstan və digər ölkələrin müxtəlif şəhərlərindən gələn soydaşlarımız və dostları əllərində plakat və bayraqlarla Avstriya parlamentinin qarşısına yığışıblar.

Mitinq iştirakçıları beynəlxalq ictimaiyyəti Xocalıda azərbaycanlılara qarşı baş vermiş faciəyə, ermənilərin etnik təmizləmə siyasətinə göz yummamağa, faciəyə hüququ qiymətin verilməsi, cinayətkarların cəzalandırılması üçün tədbirlər görməyə çağırmaq üçün yığışıblar.

Mitinqdən canlı yayımı təqdim edirik.