
Bir neçə gün öncə günorta saatlarında Qaradağ rayonu ərazisində yerləşən Xocasən dağında yanğın hadisəsi baş verib.
Hazırda aldığımız məlumata görə, eyni ərazidə ikinci yanğın hadisəsi də baş verib.
Hadisə şahidlərinin musavat.com-a verdiyi məlumata görə, əraziyə FHN-in yanğınsöndürmə briqadası da gəlib. Onlar yanğının qarşısını almağa çalışırlar.
Maraqlısı odur ki, heç kimin yaşamadığı ərazidə son 10 gün ərzində iki yanğın hadisəsi baş verir. (musavat.com)
Qaynarinfo.az


