Xəbər lenti

“Xocəsən” metrosu istiqamətində yeni marşrut xətti açıldı
Ekonomiks14:10 10.02.2023

“Xocəsən” metrosu istiqamətində yeni marşrut xətti açıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Xocəsən” metro stansiyası istiqamətində ictimai nəqliyyatın təşkili ilə bağlı müraciətləri nəzərə alınaraq 155 nömrəli yeni müntəzəm marşrut xətti təşkil edilib.
Bu barədə Qaynarinfo-ya Bakı Nəqliyyat Agentliyindən bildirilib.
Yeni müntəzəm marşrut xətti üzrə avtobuslar fevralın 13-dən etibarən fəaliyyət göstərəcək.
Beləliklə, Binəqədi rayonu Xocəsən qəsəbəsində şəhid ailələri və müharibə əlilləri üçün inşa edilən Yeni yaşayış massivinin və Xocəsən qəsəbə sakinlərinin metro stansiyası istiqamətində hərəkəti asanlaşacaq.