Xəbər lenti

Xorvatiyalı futbolçu DÇ-nin medalından imtina etdi
Ölkə17:32 20.07.2018

Xorvatiyalı futbolçu DÇ-nin medalından imtina etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xorvatiya millisinin futbolçusu Nikola Kaliniç bu il Rusiyada keçirilən dünya çempionatının medalını qəbul etməkdən boyun qaçırıb.
Oxu.Az-ın verdiyi xəbərə görə, o, komanda yoldaşlarına minnətdarlığını bildirərək deyib:
"Amma mən Rusiyada oynamamışam”.
Xorvatiya komandasının hücumçusu DÇ-də qrup mərhələsinin birinci oyunundan sonra baş məşqçinin qərarı ilə heyətdən kənarlaşdırılıb. Buna səbəb isə Kaliniçin belində baş qaldıran ağrılar səbəbi ilə Nigeriya ilə görüşə çıxmaqdan imtina etməsidir. 
DÇ-nin yekunlarına görə xorvatlar ikinci yeri tutublar. Final qarşılaşmasından sonra komanda yoldaşları Kaliniçə də medal vermək istəyiblər. Lakin futbolçu bundan imtina edib.