Xəbər lenti

Xoşbəxt olmaq üçün şokolad yeyin
Ölkə15:00 20.09.2016

Xoşbəxt olmaq üçün şokolad yeyin

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hər birimizin şokoladla bağlı bilmədiyimiz bir çox faydaları var.

Qaynarinfo.Az  xəbər verir ki, şokolad yemək insanı xoşbəxt edir. Buna səbəb isə şokolad qoxusunun xoşbəxtlik hormonu olan endorfini hərəkətə keçirməsidir.

Ağıza qoyulan bir şokolad parçası damağımızda yavaş-yavaş əriyərkən, insana fərqli həzzlər hiss etdirir. Şokoladın faydalarını isə saymaqla bitmir. Ürək xəstəlikləri və xərçənglə mübarizə aparır, dərini və sümükləri bəsləyir.

İştah açıcı qəhvəyi görünüşə malik bu möcüzəni-şokoladı kim sevməz ki...

Şokoladın insan sağlamlığına bir çox faydası var :

Stresə birbaşa çarədir.

Şokoladın tərkibində böyük miqdarda mis var.. Mis, bədənin dəmir azlığını bərpa edir. Bu da dəriyə, damarlara və toxumalara faydalıdır.

Kaliforniya Universiteti mütəxəssisləri hər gün az miqdarda şokolad yeməyi məsləhət görür. Bu isə, qanda laxtalanmağın qarşısını almaqla yanaşı ani ürək böhranlarının yaranmasını aradan qaldırır.

Şokolad eyni zamanda  enerji verir və qan şəkərini sürətli yüksəltmir.

Şokolad digər şirniyyatlara nisbətən diş sağlamlığı baxımından daha zərərsizdir. Çünki südlü şokolad tərkibində yüksək miqdarda zülal, kalsium və fosfatı  birləşdirir. Bu maddələr də diş minasını qoruyur.

Qaynarinfo.Az