Xəbər lenti

Xoşqədəm Hidayətqızı şəkli ilə "Masaj xidməti" qrupu açan şəxsi axtarır (FOTO)
Maqazin14:00 27.02.2018

Xoşqədəm Hidayətqızı şəkli ilə "Masaj xidməti" qrupu açan şəxsi axtarır (FOTO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış teleaparıcı Xoşqədəm Hidayətqızı "Facebook" sosial şəbəkəsində "Masaj xidməti" qrupu açıb, onun şəklindən istifadə edən şəxsi axtarır.
Qaynarinfo xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkə hesabında yazıb.
"Mən anlamıram bu nədir, nə qrupdu bir bilən yazsın", - deyə o qeyd edərək qrupun fotosunu paylaşıb.
Qrupun haqqında bölməsində, "Siz yorulmadan və zaman itirmədən keyfiyyətli masaj xidmətini ucuz və sərfəli qiymətə evinizdə yaşayırsınız", məlumatı yerləşdirilib.
Qrupda Xoşqədəm Hidayətqızının adına açılan profil vasitəsilə aparıcının həyat yoldaşı və ailəsi ilə olan fotoları da paylaşılıb.