Xəbər lenti

Yadigar Muradov: “Bu gün mənimçün anım məclisi keçirilə bilərdi...”
Sənət12:50 18.12.2021

Yadigar Muradov: “Bu gün mənimçün anım məclisi keçirilə bilərdi...”

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Mənim üçün ən böyük hədiyyə koronavirusdan sağalıb, xəstəxanadan evimə dönməyimdir".
Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru Yadigar Muradov doğum günü ilə bağlı arzusundan danışarkən deyib. Aktyor koronavirusdan sağalmağını möcüzə hesab edir:
"Dostlar məni Şamaxıya dəvət eləyib. Təbiət qoynunda gəzirik, səhnə danışığı müəllimim Nadir Hüseynov bizimlədir. Allaha şükürlər olsun, koronadan sağaldım, hamıya da can sağlığı arzulayıram. Hamınız bilirsiniz ki, mən bu saat ad günümü keçirməyə də bilərdim. Bu gün mənim üçün bir anım məclisi keçirərdilər və deyərdilər ki, yazıq 63 yaşını qeyd edə bilmədi, koronaya lənət olsun". Amma mən qalib gəldim bu virusa".
Bahar Rüstəmli