Xəbər lenti

Yadigar Sadıqov məktub yazdı
Ölkə11:02 07.07.2013

Yadigar Sadıqov məktub yazdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ötən ayın 27-də Lənkəranda qondarma ittihamlarla həbsə alınan Yadigar Sadıqovdan (Müsavat başqanının müşaviri) yeni xəbər var. 

Siyasi funksionerin dostu və partiya yoldaşı Elman Fəttahın musavat.com-a verdiyi məlumata görə, Kürdəxanı təcridxanasında saxlanılan Yadigar Sadıqov dost və məsləkdaşlarına məktub göndərib.

Məktubun mətnində deyilir: "Bütün dostlarıma, əqidədaşlarıma salam göndərirəm. Məndən ötrü narahat olmayın. Azad insan hər yerdə azaddır. Sadəcə seçki ilində süni offsaydda saxlanmağım, düşərgəyə kömək edə bilməyəcəyim fikri sıxıcıdır. 

Özünüzdən muğayat olun.

Tanrı Azərbaycanı qorusun.

Yadigar Sadıqov

05.07.2013, Kürdəxanı"

Xatırladaq ki, Müsavat başqanın müşaviri Lənkəranda siyasi fəallıq göstərdiyinə görə quraşdırılmış təxribata cəlb edilərək həbsə alınıb.