Xəbər lenti

Yadigar Sadıqov vicdan məhbusu elan olundu
Siyasət21:11 08.05.2014

Yadigar Sadıqov vicdan məhbusu elan olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Beynəlxalq insan hüquqlarının müdafiəsi üzrə "Amnesty International" təşkilatı 2014-cü ilin may ayı üçün hesabat yayıb. 

Bu beynəlxalq təşkilat hazırda azadlıqdan məhrum edilən aşağıdakı şəxsləri vicdan məhbusu kimi tanıyır: 

1. İlqar Məmmədov

2. Tofiq Yaqublu

3. Yadigar Sadıqov. 

"Amnesty International" təşkilatının bu hesabatı əvvəlki hesabatla hazırda Şüvəlan təcridxanasında saxlanılan, 6 il azadlıqdan məhrum olunan Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqovun da adının digər vicdan məhbusları olan siyahıya əlavə edilməsiylə fərqlənir.

"Amnesty International" təşkilatının son hesabatında deyilir: "Yuxarıda göstərilən bütün şəxslər özlərinin ifadə azadlığını qeyri-zorakı yollarla ifadə etmək cəhdləri ilə əlaqədar cinayət təqibinə məruz qalmış və həbs edilmişdir. Onlar dərhal və qeyd-şərtsiz azad edilməlidirlər və onlara qarşı bütün ittihamlar saxtadır və siyasi motivlidir". (musavat.com)