Xəbər lenti

Yadigar Sadıqov xəstəxanaya yerləşdirildi
Ölkə05:58 02.02.2015

Yadigar Sadıqov xəstəxanaya yerləşdirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müsavat Partiyası başqanının hazırda həbsdə olan müavini Yadigar Sadıqov xəstəxanaya yerləşdirilib. Bu barədə arqument.az-a Yadigar Sadıqovun yaxınları məlumat verib. 
Onların sözlərinə görə, Yadigar Sadıqovun ürəyində problem yaranıb və təcili olaraq Penitensiar Xidmətin Müalicə Müəssisəsinə yerləşdirilib.
Bildirilir ki, Yadigar Sadıqovun anadangəlmə ürəyində problemlər olub. Mütəmadi dərmanlar qəbul edirmiş. Sağlıq durumunun necə olması isə müayinələrdən sonra məlum olacaq. 
Qaynar.info