Xəbər lenti

Yadigar Sadıqovla bağlı daha bir BƏYANAT
Siyasət20:43 14.03.2014

Yadigar Sadıqovla bağlı daha bir BƏYANAT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yadigar Sadıqovun Hüquqlarını Müdafiə Komitəsi bəyanat yayıb. 

Qaynar.info-ya daxil olan bəyanatın mətnini təqdim edirik: 

"14 mart 2014-cü il saat 11:00 da Lənkəran Şəhər Məhkəməsində Yadigar Sadıqovun iclas protokoluna qeydləri ilə bağlı məhkəmə keçirilib.

Bu məhkəmənin keçirilməsi Şirvan Apellyasiya Məhkəməsinin 04 mart 2014 cü il tarixli "...10 gün ərzində Yadigar Sadıqovun iştirakı təmin edilməklə..." qərarına görə baş verib. Ancaq məhkəminin keçirilməsi ilə bağlı nə Yadigar bəyin vəkilləri məlumatlandırılıb, nə də Apelyasiya məhkəməsinin qərarında qəti şəkildə yazılmasına baxmayaraq, Yadigar bəyin iştirakı təmin edilib.

Y.Sadıqovun Hüquqlarının Müdafiəsi Komitəsi Lənkəran Şəhər Məhkəməsinin Y.Sadıqovun iştirakı olmadan, yuxarı instansiya məhkəməsinin qərarının pozulması şəraitində keçirilən bu məhkəməni həm həbs edilmə halı, həm istintaq, həm də Məhkəmə istintaqı dövründə yerli və mərkəzi hakimiyyətin siyasi sifarişi əsasında Yadigar bəyə qarşı törədilən aglasığmaz qanunsuzluqların davamı kimi qiymətləndirir, davam edən bu miskin qisasçılıq hərəkətlərinin hiddət doğurduğunu bəyan edir.

Y.Sadıqovun Hüquqlarının Müdafiəsi Komitəsi

15.03.2014"

Qaynar.info