
Müsavat Partiyası başqanlığına iddialı Qubad İbadoğlu həbsdə olan partiya rəhbərinin müşaviri Yadigar Sadıqovun seçkidə Arif Hacılını dəstəkləməsi ilə bağlı açıqlamasına reaksiya verib.
AzNews.az-a açıqlamasında Müsavat Partiyası başqanlığına iddialı Qubad İbadoğlu deyib ki, onun mövqeyi və atdığı addım Yadigar Sadıqovun hüququdur: “Yadigar Sadıqlının seçiminə hörmətlə yanaşıram və onun tezliklə azadlğa qovuşmasını diləyirəm”.
Q. İbadoğlu Y. Sadıqlını fikrindən daşındırmaq niyyətində olmadığını da qeyd edib: “İndiki halda onun seçiminə münasibətim normaldır”.
Qeyd edək ki, Müsavat başqanının müşaviri, hazırda həbsdə olan Yadigar Sadıqov partiyanın başqan seçkilərində Arif Hacılının namizədliyini dəstəklədiyini bəyan edib.
Qaynar.info