
Oktyabrın 24-də “Media forum” saytına danışan hüquq müdafiəçisi Elman Fəttah deyib ki, Müsavat başqanının müşaviri Yadigar Sadıqovun həbs müddəti oktyabrın 22-də başa çatıb, uzadılma isə olmayıb:
“Yadigar bəy iki gündür qanunsuz olaraq həbsdə saxlanır. Bu gün vəkil Xalid Bağırov Lənkəran Rayon Məhkəməsinə şikayət göndərib”.
Yadigar Sadıqov iyunun 27-də tutulub. O, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. İyunun 29-da Lənkəran Rayon Məhkəməsi Yadigar Sadıqov barədə 2 aylıq həbs qətimkan tədbiri seçib, avqustun 24-də həbs müddəti bir ay, sentyabrın 22-də daha bir ay uzadılıb.
Qaynar.info