
Proses vəkillərsiz keçirilib, həbs müddəti oktyabrın 22-dək uzadılıb
Müsavat başqanının müşaviri Yadigar Sadıqovun həbs müddəti daha bir ay uzadılıb. Həm də məhkəmənin vaxtı vəkillərdən xəbərsiz dəyişdirilək, onlarsız keçirilib. Bu barədə “Musavat.com”a Y.Sadıqovun Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Elman Fəttah məlumat verib.
O bildirib ki, əvvəlcə məhkəmənin keçiriləcəyi tarix sentyabrın 23-nə təyin edilsə də, ayın 21-də dəyişdirilərək 22-nə keçirilib. Bu səbəbdən də vəkillər Lənkəran Rayon Məhkəməsində keçirilən prosesdə iştirak edə bilməyib: “Rejimin Yadigar Sadıqova qarşı xüsusi qərəzi və qanunsuzluğu davm edir. Məhkəmənin vaxtını anidən bazar günü, saat 12.00-a dəyişdilər. Rejim yenə də sifarişli məhkəmə işi ilə Yadigar Sadıqovun ən ibtidai müdafiə hüququnu pozmaqda davam edir. Bu, artıq üçüncü məhkəmədir ki, ya vəkil buraxılmır, ya da vəkillərdən gizlin proses kecirilir”.
Qeyd edək ki, Y.Sadıqovun həbs müddəti oktyabrın 23-nə qədər uzadılıb. O, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə xuliqanlıqda ittiham olunur. İyunun 29-da Lənkəran Rayon Məhkəməsi onun barəsində 2 aylıq həbs qətimkan tədbiri seçib. Avqustun 24-də həbs qətimkan tədbiri bir ay müddətinə uzadılıb.
Qaynar.info