Xəbər lenti

“Yahoo!” daha bir şirkəti satınaldı
Ekonomiks16:35 14.06.2013

“Yahoo!” daha bir şirkəti satınaldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

“Yahoo!” şirkəti “i”-qurğular üçün “KitCam” və “PhotoForge2” foto tətbiqləri istehsalçısı “GhostBirds Software”-ni (GBS) satın alıb. 

Sazişin detalları açıqlanmır. İnternet-şirkət “Flickr” foto xidmətini təkmilləşdirmək istəyini səbəb kimi göstərib.

“ICTnews.az” elektron xəbər xidməti “hitech.vesti.ru” saytına istinadən bildirir ki, “iPhone” smartfonu üçün “KitCam” və “PhotoForge” tətbiqləri vasitəsilə fotolar üzərində əməliyyatlar aparmaq mümkündür. “GBS” elan edib ki, sözügedən tətbiqlərin yeni versiyaları çıxarılmayacaq.

Ehtimal ki, “Yahoo!” onların əsas funksiyalarını “Flickr”-in əsas tətbiqinə inteqrasiya edəcək, ya da öz analoqlarını buraxacaq.

Qaynar.info