Xəbər lenti

Yanğında ölən 9 nəfərin şəxsiyyəti müəyyənləşdi - SİYAHI
Ölkə11:46 19.05.2015

Yanğında ölən 9 nəfərin şəxsiyyəti müəyyənləşdi - SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı şəhərinin Binəqədi rayonunda yaşayış binasında baş verən yanğınla əlaqədar dünyasını dəyişən və Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gətirilən 14 nəfərdən 9-nun kimliyi məlum olub. 
Bu barədə "Report"a Birliyin sədri Şakir Musayev məlumat verib.
O bildirib ki, vəfat edənlər Cavadov Ömər Vüqar oğlu (1,5 yaş), Kərimova Nazilə Malik qızı (39 yaş), Kərimova Ayan Anar qızı (5 yaş), Hüseynov Ayxan Şahin oğlu (2 yaş), Məhərrəmova Fərəh Elnur qızı (3 yaş) və bacı-qardaş - Bağırov Sahib Rəhim oğlu (49 yaş), Bağırova Firəngiz Rəhim qızı (60 yaş), Şirinova Zülfiyyə Yavər qızı və Nəcəfzadə Yaşar Fazil oğludur.
Hazırda digər ölənlərin şəxsiyyətlərinin müəyyənləşməsi istiqamətində iş aparılır. 
Qaynar.info