Xəbər lenti

Yanukoviç qaz xətlərini Rusiyaya verir
Ekonomiks11:47 27.05.2013

Yanukoviç qaz xətlərini Rusiyaya verir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Ukrayna iqtidarı magistral qaz kəmərlərinə nəzarəti Rusiyaya verməyə hazırdır. Bunun əvəzində Kiyev Rusiyadan satdığı qazın qiymətində endirim istəyir. 

Xəbəri Rusiya prezidenti Vladimir Putinlə Ukrayna prezidenti Viktor Yanukoviçin keçən həftənin bazar günü Soçidə keçirilən danışıqlarından xəbərdar olan mənbəyə istinadən "Kommersant Ukrayna" qəzeti yayıb.

Qəzetə məlumat verən mənbə Ukraynanın qaz nəqliyyatı sistemini idarə edəcək konsorsiumun yaradılmasından söhbət getdiyini bildirib. Bu təklifə görə, "Qazprom" konsorsiumun əsas oyunçusu olacaq. Bununla yanaşı, qəzet yazır ki, Rusyanın təbii qaz nəhəngi yalnız magistral xətlərə nəzarəti əldə edəcək, paylayıcı xətlər isə biznesmen Sergey Kurçenkonun rəhbərlik etdiyi VETEK qrupunun nəzarətində olacaq.

Rusiya, Ukrayna və Avropa Birliyi Ukraynanın magistral kəmərlərinin taleyilə bağlı müzakirələri bir neçə ildir davam etdirir. Ukraynanın qaz kəmərləri sisteminin modernləşdirilməsinə ehtiyac var, lakin Kiyev bunu təkbaşına edə bilmir. "Qazprom" dəfələrlə bu işi öz üzərinə götürə biləcəyini bəyan edib, lakin Uktayna qaz kəmərlərinin nəzarətini Rusiyaya vermək istəməyib. Çünki qaz kəmərləri Ukrayna büdcəsinə ciddi gəlir gətirir - Kiyev "Qazprom"un Avropaya əsas ixrac kanalından ciddi məbləğdə tranzit haqqı alır.

Qaynar.info