Xəbər lenti

Yanvarın 2-dən güclü külək əsəcək (XƏBƏRDARLIQ)
Ölkə09:14 30.12.2021

Yanvarın 2-dən güclü külək əsəcək (XƏBƏRDARLIQ)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq yayıb.
Xidmətdən Qaynarinfo-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında yanvarın 2-si gündüz cənub-qərb küləyinin arabir 15-20 m/s, 3-də isə şimal-qərb küləyinin 15-20 m/s, gecə və səhər arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında yanvarın 2-də bəzi rayonlarda cənub-qərb küləyinin 3-ü şimal-qərb küləyi ilə əvəz olunacağı, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.