
YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Aydın Mirzəzadə Avropa Parlamenti Azərbaycanda keçirilən prezident seçkiləri ilə bağlı yekun qərarına münasibət bildirib.
“Qafqazinfo”ya açıqlama verən millət vəkili bunu Avropa Parlamentinin adından qəbul etməyin düzgün olmadığını bildirib:
“Burada müəyyən prosedur qaydaları var. Orada bir qrup insan yığışaraq bu haqda qərar qəbul edib. Avropa Parlamentindən seçkini müşahidə etməyə gələnlər nəticəni müsbət dəyərləndirib. Amma Azərbaycanın adını ancaq xəritədə bilib, tanımayan şəxlər seçkini tanımadığını bəyan edir. Bu da istər-istəməz paradoks yaradır”.
Qeyd edək ki, oktyabrın 23-də Strasburqda Avropa Parlamentinin plenar sessiyası keçirilib. Bundan əlavə, 9 oktyabr prezident seçkilərinin beynəlxalq standartlara cavab vermədiyini bəyan edərək, Tofiq Yaqublu və İlqar Məmmədov başda olmaqla bu il ərzində həbs edilmiş 14 siyasi məhbusun qeyd-şərtsiz və dərhal azad edilməsini tələb edir.
Qaynar.info