Xəbər lenti

YAP-ın namizədlər siyahısı hazırdır: əksər deputatlar kənarda qaldı (YENİLƏNİB)
Siyasət09:50 27.12.2019

YAP-ın namizədlər siyahısı hazırdır: əksər deputatlar kənarda qaldı (YENİLƏNİB)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni Azərbaycan Partiyasında (YAP) Milli Məclisə gələn il fevralın 9-da keçiriləcək növbədənkənar seçkilərə qatılacaq namizədlərin siyahısının dəqiqləşdirilməsinə həsr edilmiş iclas başa çatıb.
Qaynarinfo Trend-ə istinadla xəbər verir ki, siyahı artıq hazırdır və az sonra YAP-ın saytında yerləşdiriləcək.
İdarə heyətinin üzvlərindən biri deyib ki, əksər deputatların adı yeni siyahıda yoxdur.
*****
Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında YAP İdarə Heyətinin iclası başlayıb.
Qaynarinfo-nun APA-ya istinadən xəbərinə görə, YAP İdarə Heyəti üzvlərinin iştirak etdiyi iclasda 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində YAP-ın deputatlığa namizədlərinin irəli sürülməsi məsələsi müzakirə olunur.