Xəbər lenti

YAP-ın Ağstafa təşkilatının yeni sədri ictimaiyyətə təqdim olundu (FOTOLAR)
Siyasət11:31 11.02.2022

YAP-ın Ağstafa təşkilatının yeni sədri ictimaiyyətə təqdim olundu (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yeni Azərbaycan Partiyasının Ağstafa rayon təşkilatına  28 yanvar 2022-ci il tarixdə YAP İdarə heyətinin 1 saylı qərarı ilə yüksək etimad göstərilərək  sədr təyin olunmuş Etibar Hacıyev rayon ictimaiyyətinə təqdim olunub.
Qaynarinfo xəbər verir ki, Ağstafa Rayon İcra Hakimiyyəti başçısı aparatının akt zalında keçirilən tədbirdə Seymur Orucov və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbirdə çıxış edənlər müstəqil Heydər Əliyevin 1992-ci il noyabrın 21-də təsis etdiyi və məhz bundan sonra ölkəmizin parlaq gələcəyini müəyyənləşdirən Yeni Azərbaycan Partiyasının fəaliyyətindən geniş bəhs ediblər. Qeyd olunub ki, Ulu Öndərin yüksək nüfuzu, xalqın ona böyük inam və etimadı Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində yüksəlişini təmin edən mühüm faktorlardan birinə çevrildi.
YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev ona göstərilən böyük etimada görə dərin minnətdarlığını ifadə edərək qeyd edib ki, bu şərəfli vəzifəni layiqincə icra etmək üçün var gücü ilə çalışacaq.
Yeni sədrə yeni fəaliyyətində müvəfəqiyyətlər arzu olunub.