
Bu gün ölkə başçısı İlham Əliyev Milli Məclisə seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Qaynar.info xəbər verir ki, sərəncama əsasən seçkilər noyabrın 1-də keçiriləcək.
Onu da qeyd edək ki, hakim Yeni Azərbaycan Partiyası sərəncam dərc edildikdən sonra namizəd siyahısını açıqlayacağını bəyan etmişdi. YAP Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, namizəd siyahısı bü gün açıqlanmayacaq: “Yekun siyahı YAP İdarə Heyətində müzakirə olunacaq və qərar veriləcək. İdarə Heyəti bununla bağlı yekun qərarını verməlidir. Hesab edirəm ki, yaxın günlərdə namizəd siyahısı ictimaiyyətə açıqlanacaq”.
Qaynar.info