Xəbər lenti

​YAP üzvlərinin sayı 700 minə çatıb
Siyasət07:38 06.05.2016

​YAP üzvlərinin sayı 700 minə çatıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) üzvlərinin sayı 700 min nəfərə çatıb.

Bu barədə "Report"a YAP-ın mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, partiya rəhbərliyi mayın 7-də 700 mininci üzvə üzvlük vəsiqəsi təqdim edəcək.

Qeyd edək ki, Yeni Azərbaycan Partiyası 1992-ci ilin noyabrın 21-də yaradılıb.

Partiyanın ilk sədri Heydər Əliyev olub. YAP-ın hazırkı sədri Azərbaycan Prezidenti İlham Əliyevdir.

Qaynarinfo.az