Siyasət 11:34 14.09.2022

YAP üzvü partiyanı məhkəməyə verdi (SƏBƏB)

Yeni Azərbaycan Partiyasının (YAP) Səbail rayon təşkilatı məhkəməyə verilib. 

Qaynarinfo xəbər verir ki, iddiaçı Ömərova Ülviyyə Bəxtiyar qızıdır. O, işə bərpa olunmasını tələb edir.

İş Səbail rayon Məhkəməsinin hakimi Rəna Qafarovanın icraatındadır.

YAP Səbail rayon təşkilatının sədr müavini Nicat Hüseynov Qaynarinfo-ya bildirib ki, Ülviyyə Ömərovanın iddiası əsassızdır: "Təşkilatda struktur dəyişikliyi olub. Ülviyyə xanım da öz ərizəsi ilə işdən çıxıb".

Nicat Hüseynovun sözlərinə görə, YAP üzvü olan Ülviyyə Ömərova təşkilatda kompüter mütəxəssisi kimi çalışıb. 

Seyid