Xəbər lenti

“Yaponiya-Azərbaycan Dostluq İli - 2022” loqo müsabiqəsi keçirilir
Sənət14:16 05.02.2021

“Yaponiya-Azərbaycan Dostluq İli - 2022” loqo müsabiqəsi keçirilir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaponiyanın Azərbaycandakı Səfirliyi 2022-ci ildə Yaponiya ilə Azərbaycan arasında diplomatik münasibətlərin əsasının qoyulmasının 30-cu ildönümü münasibətilə silsilə tədbirlər keçirməyi planlaşdırır.
Qaynarinfo xəbər verir ki, həmin il "Yaponiya-Azərbaycan Dostluq İli” kimi qeyd olunaraq, Azərbaycanda və Yaponiyada iki ölkə arasında müxtəlif mədəniyyət sahələri üzrə mübadilə və insan resurslarının qarşılıqlı mübadiləsinin inkişaf etdirilməsi də nəzərdə tutulur. Yaponiya Səfirliyi "Dostluq İlinin” planlaşdırılmasında artıq ilkin addımları ataraq, həmin ili təcəssüm etdirəcək sloqan yarışması həyata keçirib.
"Yaponiya-Azərbaycan Dostluq İlini” birgə təntənəli şəkildə qeyd etmək və iki ölkə vətəndaşları arasında qarşılıqlı anlaşmanı daha da genişləndirmək üçün loqo yarışmasına start verilib. Seçilmiş loqo 2021-ci ildən başlayaraq 2022-ci ilin sonunadək iki ölkə arasında həyata keçiriləcək müxtəlif mədəniyyət tədbirləri və ya təbliğat materiallarında istifadə olunacaq. Qalib loqo sahibinə Yaponiya səfiri tərəfindən sertifikat təqdim olunması ilə yanaşı, müsabiqənin sponsoru qismində çıxış edən "AIWA" brendinin Azərbaycandakı eksklüziv distribyutoru - Global Electronics Azerbaijan tərəfindən Bluetooth qulaqcıqlar hədiyyə ediləcək.
Müsabiqəyə Yaponiyaya marağı olan, "Dostluq İli” tədbirinə öz töhfəsini qatmaq istəyən bütün Azərbaycan və yapon vətəndaşları qoşula bilərlər.
Loqolar Yaponiya Səfirliyi tərəfindən 25 fevral, 2021-ci il saat 17:00-dək qəbul olunacaqdır. Maraqlanan şəxslər müsabiqədə iştirak şərtləri, loqoların formatı və təcəssüm etdirəcək məzmunu haqqında ətraflı məlumat almaq üçün Yaponiya Səfirliyinin rəsmi səhifəsinə nəzər sala bilərlər: