Xəbər lenti

Yaqland da çağırış etdi - "Danışıqlara davam edilsin..."
Siyasət17:12 02.04.2016

Yaqland da çağırış etdi - "Danışıqlara davam edilsin..."

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Avropa Şurasının baş katibi Turbyorn Yaqland Dağlıq Qarabağ münaqişəsinin tərəflərini döyüşü dayandırmağa və danışıqları bərpa etməyə çağırıb.
T. Yaqland təmas xəttində və Dağlıq Qarabağ münaqişəsi zonasında hərbi gərginliyin artmasından dərin narahatlıq keçirdiyini bildirib: “Avropa Şurası hər iki tərəfi bu lazımsız qırğını dayandırmağa çağırır. Bu, yalnız zorakılığın davam etməsinə və insanların, o cümlədən mülki şəxslərin ölümünə səbəb olur”.    
T. Yaqland tərəfləri israrla Avropa İnsan Haqları Konvensiyasında əksini tapmış yaşama haqqını təmin etməyə, atəşkəsə qayıtmağa və sülh danışıqlarını bərpa etməyə səsləyib. (apa)
Qaynar.info