Xəbər lenti

Yaqub Zurufçunun həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür etdi
Siyasət10:04 10.09.2021

Yaqub Zurufçunun həyat yoldaşı Mehriban Əliyevaya təşəkkür etdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Yaqub Zurufçunun həyat yoldaşı Aynur Zurufçu Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür edib.
Qaynarinfo-nun məlumatına görə, Aynur Zurufçu Trend-ə açıqlamasında bildirib ki, koronavirusa yoluxan əməkdar artist Yaqub Zurufçunun vəziyyəti Mehriban Əliyeva tərəfindən nəzarətə götürülüb:
"Dünən həkimi bildirdi ki, bir-iki gün vaxt lazımdı. Görək bu müddət ərzində orqanizmi müalicəyə necə reaksiya verəcək. Azərbaycan Respublikası Prezidentinin köməkçisi Anar Ələkbərov mənə zəng vurmuşdu. Dedi ki, biz onu süni tənəffüs aparatına qoşmaq istəyirik. Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xaricdən həkim də dəvət olunub. Anar Ələkbərov bildirdi ki, Mehriban xanımla bu məsələni geniş müzakirə ediblər və əllərindən gələni edəcəklər ki, sənətçimiz sağalsın. Vəziyyəti nəzarətə götürdüyünə görə, Mehriban Əliyevaya təşəkkür edirəm".