
Erməni hərbi birləşmələrinin Xocəvənd rayonu istiqamətində atəşkəsi pozması nəticəsində əsgərimiz qol nahiyyəsindən yaralanıb.
Anspress-in məlumatına görə, 1995-ci il təvəllüdlü, Bərdə rayonundan həqiqi hərbi xidmətə çağırılmış əsgər Həsənov Nurlan Azər oğlunun vəziyyəti səhərkinə nisbətən yaxşılaşıb.
Qeyd edək ki, ötən gecə 1989-cu il təvəllüdlü, Qazax rayonundan hərbi xidmətə çağırılmış gizir Nağıyev Anar Talıb oğlu da yaralanıb, vəziyyəti isə sabit-ağırdır.
Qaynar.info