Bakıda yaşayış binasında yanğın başlayıb.
Yanğın Yasamal rayonu, Şərifzadə küçəsi 2 ünvanında qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yaşayış binasında qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, yanğının qarşısının alınması üçün nazirliyin 3 yanğınsöndürən avtomobili və canlı qüvvəsi əraziyə cəlb edilib, hazırda yanğının qarşısının alınması istiqamətində işlər aparılır.
Sakinlərin binadan təxliyə edildiyi bildirilir.
***
Bakıda yaşayış binasında başlayan yanğının qarşısı alınıb. Bu barədə Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Hadisə zamanı Yasamal rayonunun Şərifzadə küçəsi 2 ünvanında qaçqın və məcburi köçkünlərin məskunlaşdığı yataqxana binasına bitişik tikili yanıb. Əraziyə cəlb edilən FHN-in əməkdaşları və canlı qüvvəsi tərəfindən yanğının qarşısı alınıb. Hadisənin başvermə səbəbləri araşdırılır.
Qaynar.info