Xəbər lenti

Yaşayış minimumu 210 manata qaldırıldı
Ölkə16:10 04.11.2021

Yaşayış minimumu 210 manata qaldırıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2022-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği artırılır.
Qaynarinfo  xəbər verir ki, bununla bağlı məsələ "2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.
Layihəyə əsasən, 2022-ci ildə ölkə üzrə yaşayış minimumunun məbləğinin 210 manat müəyyən edilməsi nəzərdə tutulur.
Xatırladaq ki, 2021-ci il üçün yaşayış minimumunun ölkə üzrə məbləği 196 manat olub.
Qeyd edək ki, "Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsinin ilkin variantında 2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 205 manat müəyyən edilmişdi.