Xəbər lenti

Yaxın günlərdə müşahidə olunacaq hava şəraiti açıqlandı
Ölkə10:22 16.04.2022

Yaxın günlərdə müşahidə olunacaq hava şəraiti açıqlandı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hazırda ölkə ərazisində yağmursuz hava şəraiti müşahidə olunur. Havanın temperaturu iqlim normasından 2.0° yüksəkdir.
Milli Hidrometeorologiya Xidmətindən Qaynarinfo-ya verilən xəbərə görə, yaxın 2-3 gün ərzində Bakıda və Abşeron yarımadasında, bölgələrdə hava şəraitinin sabit olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir.
Lakin 17-də gecə bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq.
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 15-20° isti, bəzi rayonlarda 20-25° isti, dağlarda isə 8-13° isti olacaq.
Mülayim cənub küləyi aprelin 18-19-da ayrı-ayrı yerlərdə arabir güclənəcək.