
Sevə-sevə əsərlərini oxuduğumuz yazarların həyatları hər zaman oxucular üçün maraqlı olur. Bu yazıda bəzi məşhur yazıçıların həyatında baş verən qəribə hadisələri təqdim edirik.

Veyland, Herder ve Göte ile birlikdə, Veymarın zamanında ən önəmli dörd şairdən biri olan Şiller, şeirləri yazanda stolunun üstündə mütləq çürük alma olmalı idi. Çox maraqlıdı, niyə alma? Şillerdən soruşanda ki, "sən niyə alma ilə yazırsan", cavab verirmiş ki, çürük almanın ətrini öz içinə çəkir, bu zaman özünü başqa dünyada hiss edir. Bu siz fikirləşən aləmlərdən deyil. Kişi almanı iyləyəndə özünü təbiətin qoynunda hiss edirmiş. Düzdü, təbiət təsvirli şeirlər yazan Şillerin bu cür xüsusiyyətinin olması qəribədir. Amma dahası da var. Bəzən nə qədər alma iyləsə də, şeir yaza bilmirmi. Belə olanda, suyla dolu vannada uzanıb ilham pərisin gəlməsini gözləyirmi.Möcüzəyə bax, suyun adamı rahatlatdığını bilirdik, amma ilham verdiyini bilmirdik. İndi gedin bir çürük almanı iyləyin və vanna qəbul edin sonra da şeir kitabınızı çıxarın.
Ernest Heminquey

Ölümə qarşı dərin tutqusu və marağı vardı, harda müharibə, dava, qırğın, orda Heminquey. ABŞ Birinci Dünya müharibəsinə daxil olan zaman Heminquey qatılmaq istəyib, amma qoymayıblar. Çünki sol gözündə problem vardı. Ölümdən bəslənib yazırdı bizim Drakula yazıçımız. Bunu hətta dostları da deyirdi. Müharibə vaxtı İtaliyada tanış olduğu Agneslə evlənməyi fikirləşsə də, tərk edildi. Ovçuluğa və təbiətə də düşkün idi. Ovladığı heyvanlardan resepti özünə aid yeməklər də hazırlıyırdı, dostları da onun hesabına yeyib-içirdi. Silahlar, qadınlar və içki onun maraq dairəsində idi, tipik amerikalıdan başqa nə gözləmək olardı ki? Bir dəfə evdə tüfənglə özünü vurmaq istəyərkən, həyat yoldaşı görür. Bundan sonra elektro-şok müalicəsi alır. İki gün sonra evə buraxılır. Son ovu özü olur.
Frans Kafka

Frans Kafka, bizim qəribə dahimiz. O ət yeməyi cinayətlə bir tuturdu. Niyə? Biz də bilmirik. Vəsiyyətində yaxın dostu Broddan bir neçə əsəri (Dönüşüm, Kənd həkimi və s.) xaric, bütün əsərlərini yandırmağını xahiş etmişdi. Brod isə bunu yerinə yetirmədi və dünyada bir sənət əsərinin məhv olmasının qarşısını aldı.
Virciniya Vulf

Atası və anası əvvəl başqaları ilə evli olub, dul qaldıqdan sonra evləniblər. Çox danışmağı sevən Vircinia o vaxtın müasir qızlarından sayıla bilərdi. Ancaq həyatı bir o qədər də maraqlı sonlanmıyıb. Bacarıqlarını itirmək qorxusundan depresiyaya düşür və ciblərinə daş dolduraraq özünü çaya atır, həyatını intiharla başa vurur. Amma onunla bağlı maraqlı fakt başqa bir şeydi. Deməli o, çox yorğun olduğu zaman dayanmadan danışırmış. Bir dəfə 48 saat dayanmadan danışıb. Bütün əsərlərini də rəssam olan bacısından ilham alıb, ayaqüstə yazırmış.
De Quincey

Oxumaq üçün aldığı kitabları geri vermirmi. Kitabların da başına oyun açırmış. Kitab nə qədər dəyərli olsa da, vecinə olmaz, xoşuna gələn hissələri qeyd olaraq götürmək üçün özünə heç əziyyət vermir, elə kitabdan cıraraqzəhmət çəkmədən.
Herbert Georg Vells

İlan-qurbağa xətti ilə məşhur olan Vellsin katibi olmasaydı, romanlarını çapa verə bilməyəcəklərdi. Üstəlik cavan olanda ayaqları suda yazırmış.
Mark Tven

Mark Tvenin əsl adı Samuel Langhorne Klemensdi. Öz adını rəsmi olaraq dəyişdirməsə də, Mark Tven adının hüquqlarını alıb, bütün işlərini o adla davam etdirir.
Mark Tven tam bir siqar düşgünü olub. 8 yaşından siqara başlayan məşhur yazıçı, öldüyü günə kimi gündə 40 siqar çəkib. Hətta bir dəfə "siqareti atmaq istədim, amma o məni atmadı" deyib.
Hələ bir dəfə də demişdi ki, “Siqaret tərgitmək dünyanın ən asan işidir. Bunu məndən yaxşı heç kim bilməz. İndiyə kimi min dəfə tərgitmişəm”. Yazıçı hətta ağzında siqaretlə yuxuya gedirmiş
"Tven zəngin idi və bahalı siqar çəkirdi" deyə düşünürsünüzsə, yanılırsınız. O ən ucuz və ən pis siqar çəkirdi. Dostları da qorxudan onlara gələndə özləri ilə siqar gətirirdilər ki, Tven ponlara öz siqarından təklif etməsin. Təkcə siqaretə yox, həm də pişiklərə düşkün adam olub. “İnsanlarla pişiklər eyniləşsə əla olar” deyə biləcək qədər pişikləri sevirmiş. Hətta, qoca yaşlarında tətillərini keçirdiyi "New Hampshir"ə gedərkən qonşularının pişiklərini də özü ilə aparırmış.
Tvenin ölüm tarixi ilə olan faktları isə daha maraqlıdır. O "Halley quyruqlu" ulduzun göründüyü vaxtda anadan olub. Və özünün proqnozlarına görə də həmin ulduz yenidən görünəndə dünyadan köçəcəkmi. Təxminində yanılmayan yazıçı 21 aprel 1910-cu il də "Halleyin ulduzu" görünən vaxtı dünyanə tərk edib. Deməli yazıçı "Bir öldüyüm günü bilmirəm deyimini" tamamilə süquta uğradıb.
Fransis Skott Key Fitzqerald

Həyatı roman kimi olan yazıçı. "Dahi Getsbi" əsərinin müəllifi Fransis Skott Key Fitzqerald qəhrəmanı Getsbi kimi yaşayırdı. 1920-ci ildə çıxardığı "Cənnətin bu yanı" kitabı ona həm şöhrət, həm də pul gətirmişdi. Artıq "Hollywood"un ən çox axtarılan adlarınadan biri idi. Caz dinləməyi, rəqs etməyi, içməyi və əlbəttə ki, qadınları sevirdi. Qadınlar da onu. Bu gözəl həyatın sonu tez çatdı. “Mən içməsəm, yaza bilmərəm”, deyən yazıçının sonunu içki gətirib. Bu aslılıq əvvəl yazarlığını, sonra sağlığını puç edib. Yaza bilməyən bir yazar olaraq zamanla gözdən düşüb və 44 yaşında hayatını itirib.
Hüseyin Rəhmi Gürpınar

Yaşadığı və yazdığı dövrdə tanınmış biri olsa da, son zamanlarda məşhur olmayan yazıçılardandı Hüseyin Rəhmi. Həyatının son 31 ilini "Heybeliada"nın təpəsində mənzərəyə baxaraq keçirən Gürpınar təmizlik xəstəsi olub. Mikroblardan dəlicəsinə qorxan yazıçı əlcək taxmasa, çölə çıxmazmış. Yazıçının qəribə tərəfi təkcə bu da deyil. O, həm də toxuculuğu çox sevirmış. Öz toxuduğu papaqlarını da taxırmış. Rəhmi Avropadan yeni modellər belə gətirib. Yazmaqdan ürəyi sıxılan kimi mətbəxə keçərək mürəbbə bişirib.
Anton Çexov

Məşhur rus yazıçısı olan Anton Çexovun "Svoloç" adını vediyi bir manqusu var imiş. Çexov bir məktubunda “siçan və timsah, qaplan və meymunun qarşığı” olaraq təsvir etdiyi "Svoloç"u bir il yanından ayırmayıb. Ancaq sonra onu səyahatə çıxmaq səbəbiylə, əvəllər pis şəraitinə görə heyvan məzarlığı adlandırdığı Moskva heyvan baxçasına verib. Normal ömrü orta hesabla 20 il olan bu heyvan, burada ancaq iki il yaşaya bilib.
Lalə Niftaliyeva
Qaynarinfo.Az