Xəbər lenti

Yeganə verilişə ailəsi ilə gəlib boşanma xəbərlərindən danışdı (FOTOLAR)
Maqazin10:42 25.02.2018

Yeganə verilişə ailəsi ilə gəlib boşanma xəbərlərindən danışdı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Müğənni Yeganə Akbudak türkiyəli həyat yoldaşı Fatehlə boşanma xəbərlərinə son qoyub. 
Qaynarinfo axşam.az-a istinadən xəbər verir ki, cütlük birlikdə "Zaurla Günaydın" verilişinə qonaq olublar. 
Yeganə bildirib ki, artıq boşanma xəbərlərindən yorulub: "Bezmişəm, az qalıram nikah kağızımı hamıya göstərim. O qədər yazıb-pozurlar. Qanuni ərimdir. İstəyirəm evli olduğumuzu göstərən kağızı pasport əvəzi üstümdə gəzdirim".
Müğənni qayınatasından bəhs edib: "Qayınatamın qızı yoxdur, məni övladı kimi çox istəyir. Tikinti işi ilə məşğuldur, ev tikib satır. Hər dəfə bina tikəndə mənə bir ev hədiyyə edir. Deyir ki, Ömərindir (oğlu - red.). İstanbulda iki ev bağışlayıb mənə".
Həyat yoldaşı fateh bəy isə evlilikləri haqda "Hər şey yaxşıdır. 8 ildir evliyik. Sənət adamı ilə ailə qurmaq çox çətindir" sözlərini deyib.