"Fire League" təşkilatçılığı
ilə müxtəlif şirkətlərin komandalarını bir araya gətirən futbol liqası Yelo
Bank komandasının çempionluğu ilə yekunlaşıb. Ümumilikdə 16 komandanın iştirak
etdiyi turnirdə Yelo Bank təmsilçiləri uğurlu oyun nümayiş etdirərək turnirin
qalibi olublar.
Pley-off mərhələlərində komanda ardıcıl olaraq
uğurlu nəticələr əldə edib. Belə ki, 1/4 final mərhələsində "Bank
VTB"-ni 3:1, yarımfinalda "Bir Ekosistem" komandasını 4:1 hesabı
ilə üstələyən Yelo Bank finala vəsiqə qazanıb. Gərgin mübarizə şəraitində keçən
final qarşılaşmasında isə "Azərsun" komandasını 4:3 hesabı ilə məğlub
edərək turnirin çempionluq kubokunu qazanıb.
Komanda uğuru ilə yanaşı, turnirin fərdi
mükafatlarından biri də Yelo Bank əməkdaşına təqdim olunub. Komandanın
futbolçusu Şövqan Cəfərli liqanın "Ən yaxşı oyunçusu" seçilib.
Turnirdə iştirak edən bütün rəqib komandalara
maraqlı mübarizə üçün təşəkkür edirik! Həm yaşıl meydanda, həm də peşəkar
karyerada hər zaman zirvəni hədəfləyən komandamızda yer almaq üçün aktiv iş
elanlarımızla tanış olun:https://ylb.az/yelovacancy.
Bank xidmətlərihaqqında əlavə suallar var? O zaman 981 nömrəsinə zəng edin və
ya Facebook, Instagram, Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.
Yelo Bank – Parlaq
bankçılıq!
Şərhlər