Dünya 14:55 14.08.2022

Yəməndə daşqın 91 can aldı

"Husi" milislərinə bağlı Əl-Məsirə telekanalı Yəmənin şimal əyalətlərində son bir neçə gündə baş verən daşqınlarda 91 nəfərin öldüyünü bildirib.

Qaynarınfo bu brədə Anadoluya istinadən xəbər verir.

Hesabata görə, 24 mindən çox yəmənli ailə leysan yağışları və daşqınlardan zərər çəkib.

Həmçinin 5700-ə yaxın ev qismən və ya tamamilə dağılıb, kənd təsərrüfatı və heyvandarlıq sahələrinə ziyan dəyib.

Hava proqnozuna görə, Yəməndə leysan yağışların avqustun 20-dək davam edəcəyini bildirilir.

Qeyd edilir ki, son bir neçə ildə Yəməndə gedən vətəndaş müharibəsi səbəbindən bu ölkə ciddi infrastruktur çatışmazlığı ilə üzləşib və ekspertlərin dediyinə görə, leysan yağışları davam edərsə, ölkədə daha ağır fəlakətlər baş verə bilər.

M.Arif