Xəbər lenti

Yeni 5 qəpiklik buraxıldı (FOTO)
Ölkə 09:28 25.09.2023

Yeni 5 qəpiklik buraxıldı (FOTO)

Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən yenilənmiş 5 qəpiklik metal pul nişanları 25 sentyabr 2023-cü il tarixindən etibarən tədavülə buraxılır.

Bu barədə Qaynarinfo-ya AMB-dən məlumat verilib.

Bildirilib ki, tədavülə buraxılan yenilənmiş 5 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Dövlət Gerbinin təsviri, eləcə də pul nişanının buraxılış ili əks olunub.

Yenilənmiş 5 qəpiklik metal pul nişanının digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

Qeyd  edilib ki, yenilənmiş 5 qəpiklik metal pul nişanı hazırda tədavüldə olan eyni nominallı pul nişanları ilə paralel olaraq dövriyyədə olacaq.
 

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->