Xəbər lenti

Yeni avtobuslar xəttə nə vaxt buraxılır?
Ölkə14:57 06.06.2015

Yeni avtobuslar xəttə nə vaxt buraxılır?

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
“BakuBus”ın avtobusları iyulun əvvəlində xəttə buraxılacaq. Bundan sonra vahid nəqliyyat kartlarına mərhələli keçid prosesi başlayacaq. Bu proses bütün “BakuBus” avtobuslarını əhatə edəcək. Qaynar.info AzərTAc-a istinadən xəbər verir ki, bu barədə “BakuBus” MMC-nin direktor müavini Vüsal Kərimli deyib.
“BakuBus” MMC paytaxtın ictimai nəqliyyatında nağdsız ödənişə keçməyə tam hazırdır. Nəqliyyatda vahid ödəniş sisteminə keçmək üçün avtobuslarda və metro stansiyalarda kartların oxunması üçün avadanlıq, eyni zamanda “Bakı Kart” terminalları quraşdırılıb ki, onların vasitəsilə hesabı doldurmaq mümkün olacaq.
Qaynar.info