Xəbər lenti

Yeni cərimə: 2500 manatacan
Ekonomiks17:40 18.02.2016

Yeni cərimə: 2500 manatacan

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Auditdən yayınanlar cərimə ödəyəcəklər.

Oxu.Az-ın xəbərinə görə, martın 1-dən qüvvəyə minəcək yeni İnzibati Xətalar Məcəlləsində (İXM) məcburi audit yoxlamasından keçməyənlərə cərimələr nəzərdə tutulub.

Vəzifəli şəxslər - 300-600 manat, hüquqi şəxslər – 1500-2500 manat cərimə ödəməli olacaqlar. Dəqiq məbləği yerli məhkəmələr müəyyənləşdirəcək. 

Prezidentin fevralın 15-də imzaladığı fərmanla Nazirlər Kabinetinə tapşırılıb ki, məcburi auditdən yayınmaya dair protokol tərtib etmək səlahiyyəti olan vəzifəli şəxslərin siyahısı hazırlanıb təqdim edilsin. Bu işə 3 ay vaxt ayrılıb.

Qaynar.info