Xəbər lenti

Yeni dərs ili üçün 322 adda dərslik və metodik vəsait çap edilib
Ölkə14:58 25.07.2019

Yeni dərs ili üçün 322 adda dərslik və metodik vəsait çap edilib

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
2019-2020-ci tədris ilinə dövlət ümumi təhsil müəssisələrinin I-XI sinifləri üçün 322 adda 5 668 865 nüsxə dərslik və metodik vəsait çap edilib.
Təhsil Nazirliyindən Qaynarinfo-ya verilən məlumata görə, dərsliklərin 25 avqust 2019-cu il tarixinədək yerli təhsili idarəetmə qurumlarına çatdırılması nəzərdə tutulur. 
Həmin tarixdən sonrakı 10 gün müddətində dərsliklər yerli dövlət ümumi təhsil müəssisələrinə, sentyabrın 6-dək isə şagirdlərə çatdırılacaq.