Xəbər lenti

Yeni evlənən gənc özünü yandırdı - kredit borcuna görə
Ölkə06:48 10.02.2016

Yeni evlənən gənc özünü yandırdı - kredit borcuna görə

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda intihar hadisəsi baş verib.  Report-un xəbərinə görə, Zirə qəsəbəsi, Südçülük sovxozunda yaşayan 23 yaşlı Taleh Hümbət oğlu Ömərli üzərinə benzin tökərək özünü yandırıb. O, ağır yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

T.Ömərli xəstəxanada dünyasını dəyişib. Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

Lent.az-ın əldə etdiyi məlumata görə, T.Ömərli bir neçə ay əvvəl ailə həyatı qurubmuş. Maddi baxımdan problemləri olan 23 yaşlı Taleh ailəyə baxa bilmirmiş, bundan başqa onun banka da kredit borcu varmış.

Qaynar.info