Xəbər lenti

Yeni maliyyə böhranı gözlənilir - XƏBƏRDARLIQ
Ekonomiks17:20 19.09.2018

Yeni maliyyə böhranı gözlənilir - XƏBƏRDARLIQ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Yaxın iki il ərzində dünyada yeni maliyyə böhranının baş verəcəyini güman etmək olar".
"Report” "RİA Novosti”yə istinadən xəbər verir, bunu ABŞ-ın "Bridgewater Associates” investisiya şirkətinin təsisçisi, milyarder Rey Dalio "Business İnsider” nəşrinə açıqlamasında bildirib.
"Hazırkı dövr istər siyasət, istərsə də iqtisadiyyat baxımından ötən əsrin 30-cu illərindəki Böyük Tənəzzül dövrünü çox xatırladır. İqtisadi tənəzzül faiz dərəcələrinin ən aşağı həddə enməsindən sonra baş verir. Bundan sonra mərkəzi banklar aktivləri satın almağa başlayır", - o qeyd edib.