"Məktəbli formalarının dəyişməsində əsas amil ondan ibarət olmalıdır ki, şagirdlər bu formanı ən azı iki il geyinə bilsinlər”.
Bunu Qaynarinfo-ya açıqlamasında təhsil eksperti Elçin Əfəndi yeni məktəbli formalarından danışarkən deyib.
Onun sözlərinə görə, formaları dəyişəndə valideynlərin büdcəsini nəzərə almaq lazımdır:
"Şagirdlər məktəbli formasını ən azı iki il geyinməlidir. Hər il valideynləri yeni forma almağa məcbur etmək olmaz. Formaların dəyişməsi ailə büdcəsinə təsir edir”.
Elçin Əfəndi qeyd edib ki, məktəbli formaları Nazirlər Kabinetinin qərarına əsasən təsdiq olunur:
"Həmin formaların əsasında müəyyən tekstil fabrikləri mövcud qanunvericiliyin tələblərinə uyğun formaları hazırlayırlar. Əslində, burada yeni qayda ilə 1-3 ildən bir dəyişmə məsələsi var. Düşünürəm ki, burada müəyyən amillər nəzərə alınmalı, ailələrin büdcəsinə uyğun qərar verilməlidir. Bəzi şagirdlər var ki, onların məktəbli formasının 2-3 ildən bir dəyişməsi məqsədəuyğundur. Onlar sinifdən-sinifə keçəndə boyu, çəkisi dəyişir. Belə olan halda forma onların ölçüsünə uyğun gəlmir. Bu məsələlər əsas göstəricidir”.
Bahar Rüstəmli