
Nazir: "Şirkət Azərbaycanın bütün rayonlarında fəaliyyət göstərmək üçün bizə müraciət edib"
Azərbaycanda bu yaxınlarda dördüncü mobil rabitə operatoruna lisenziya verilib.
ANS PRESS-in məlumatına görə, bu barədə rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, hazırda Naxçıvan Muxtar Respublikasının (NMR) CDMA simsiz rabitə standartı operatoru “Naxtel” Naxçıvandan başqa, Azərbaycanın digər rayonlarında da fəaliyyət göstərmək üçün nazirliyə müraciət edib:
""Naxtel" şirkətinə LTE (Long Term Evolution) şəbəkəsinin açılması üçün tezliklərdən istifadəyə lisenziya verilib. Biz ilkin mərhələdə operatorun fəaliyyətini daxili rouminq əsasında təmin etmək niyyətindəyik. Daha sonra mobil rabitə xidmətinin bütün Azərbaycan ərazisində açılması məsələsinə baxılacaq".
Qaynar.info