Xəbər lenti

Yeni mövsümdən Azərbaycan çempionatında oynayacaq komandalar müəyyənləşdi
İdman07:56 09.08.2022

Yeni mövsümdən Azərbaycan çempionatında oynayacaq komandalar müəyyənləşdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Futzal üzrə Azərbaycanın Yüksək Liqasında iştirak edəcək komandaların adları müəyyənləşib.
Futzal Federasiyasından Qaynarinfo-ya verilən məlumata görə 2022-23-cü il mövsümündə 6 komanda – "Araz-Naxçıvan”, "Neftçi” İK, "Baku Fire”, "Record club.az”, "Alyans” (Lənkəran) və U-19 komandaları iştirak edəcək.
Yarışa sentyabrın 26-da start veriləcək. Çempionat 4 dövrədən ibarət olacaq və yekunda pley-off mərhələsi keçiriləcək.
Yüksək Liqada ötən mövsümün çempionu "Araz-Naxçıvan" olub.
Səbuhi Həsənov