"Payızda Azərbaycanda referendum keçiriləcəyi gözlənilir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Cümhuriyyət Xalq Partiyasının sədri Bədrəddin Quliyev deyib. Onun sözlərinə görə, bu məqsədlə çoxpartiyalılığın normal təmsilçiliyi, bələdiyyə seçkiləri ilə bağlı hüquqi bazanın hazırlanmasına ehtiyac var:
"Kim güclü olacaqsa, bu prosesdə qalacaq, kim zəifdirsə bəri başdan sıradan çıxsa yaxşıdır. Azərbaycan siyasi proseslərdə yeni bir dövr başlayır. Bu dövrdədə daha da güclü dəyişikliklər gözlənilir. Sistemlə bərabər kadrlar da dəyişilir, həmçin bəzi partiyalar da sıradan çıxır. Köhnə nəsil gedib, yenisi gəlir. İslahat kursunda və bölgədəki vəziyyətlə bağlı yeni bir dövr başlayır. Avropa ilə sıx əməkdaşlıq çərçivəsində yeni proseslərə qədəm qoyuruq. Biz bu proseslərə hazır olmalıyıq. Ona görə hüququ islahatlar da aparmalıyıq”.
Bədrəddin Quliyev hesab edir ki, Azərbaycanda partiyalar yerlərdə güclü olmalıdır:
"Partiyalar yerlərdə o qədər güclənməlidirlər ki, milli dövlətçilik baxımından xalqın içində olmalıdırlar. Baxanda ki, boşluq var, radikal qüvvələr fəallaşır və siyasi mübarizə, mədəniyyət formasının olmaması cəmiyyətin çökməsinə gətirib çıxarır. Ona görə İran kimi qüvvələri burada at oynadır. Minlərlə vətəndaşımız İranın şəbəkələrinə girir. Milli maraqlar baxımından xalq proseslərdə olmalıdır, bunun da yolu seçkidən keçir”.
Bahar Rüstəmli