Xəbər lenti

Yeni tərkib formalaşanadək hökumət səlahiyyətlərini icra edəcək - Prezidentdən sərəncam
Siyasət11:03 14.02.2024

Yeni tərkib formalaşanadək hökumət səlahiyyətlərini icra edəcək - Prezidentdən sərəncam

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Prezident İlham Əliyev Nazirlər Kabineti üzvlərinin səlahiyyətlərinin icra edilməsi haqqında sərəncam imzalayıb.
Qaynarinfo xəbər verir ki, sərəncama əsasən, Nazirlər Kabinetinin yeni tərkibi formalaşdırılanadək kabinet üzvlərinin səlahiyyətlərinin icra edilməsi Nazirlər Kabinetinin əvvəlki tərkibinə həvalə edilib.
Sərəncam imzalandığı gündən qüvvəyə minir.